Bakı Nəqliyyat Agentliyi 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verib. Bu barədə BNA-dan məlumat verilir.
Məlumata əsasən, noyabrın 10-dan etibarən bu marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarlaxidmət göstəriləcək. **
F.İsazadə