2018-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 9,7% - 3 mlrd. 187 mln. manatadək artıb. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
“10 ay ərzində DSMF-nin gəlirləri 3 mlrd. 187 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,7% çoxdur”, - İ.İsayev cümə axşamı Milli MəclisinƏməkvə Sosial SiyasətKomitəsinin 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı iclasında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 862,7 mln. manat (2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 12,2%) təşkil edib. “Eyni zamanda, bu gəlirlərin 64,6%-i - 1 mlrd. 202,7 mln. manatı özəl sektordan daxilolmalrın payına düşüb (artım 11,1%)”, - nazir müavini vurğulayıb.
“10 ay ərzində DSMF-nin xərcləri 189 mln. manat və ya 6,6% artaraq 3 mlrd. 62 mln. manat təşkil edib. Əhaliyə pensiya və sosial ödənişlərin həcmi 191 mln. manat - 3 mlrd. 2 mln. manatadək artıb”, - İ.İsayev vurğulayıb.
DSMF-nin 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578 mln. 760 min manat məbləğində təsdiq edilib.**
R.Babayev