Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov argentinalı həmkarı Xorxe Faurie Azərbaycana səfərə dəvət edib.
E.Məmmədyarov və X.Faurie iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
“E.Məmmədyarov mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı üçün birgə səylərin əhəmiyyətini vurğulayıb və Xorxe Faurie Azərbaycana səfərə dəvət edib”, - məlumatda deyilir.
O, həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Buenos-Ayresin rəsmi Bakıya davamlı dəstəyini xüsusi vurğulayıb. **
F.İsazadə