2019-cu ildə 65 yaşdan yuxarı şəxslər Azərbaycan əhalisinin 6,3%-ni təşkil edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
“Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. Əhalinin əksər hissəsini gənclər təşkil edir. 2019-cu ildə 65 yaşdan yuxarı vətəndaşlar əhalinin 6,3%-ni təşkil edəcək”, - İ.İsayev cümə axşamı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında DSMF-nin 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 15-64 yaş arası şəxslər Azərbaycan əhalisinin 71%-ni təşkil edir.
“Gələn il ölkənin əmək qabiliyyəti olan vətəndaşlarının sayı təxminən 5 mln. nəfər təşkil edəcək”, - nazir müavini əlavə edib. **
R.Babayev