“Aqrolizinq” ASC 2018-ci ildə müxtəlif növ mineral gübrələrin alınmasına 109 mln. manat yönəldəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
“2016-cı ildə 26 mln. manat dəyərində 73 min ton, 2017-ci ildə 44,4 mln. manat dəyərində 65,5 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlandığı halda, 2018-ci ildə 109 mln. manat dəyərində 178 min ton müxtəlif növ mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb”, - məlumatda Cəmiyyətin pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynovun sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, indiyədək bu müqavilələr çərçivəsində 138,9 min ton mineral gübrələrin ölkəyə gətirilməsi təmin olunub.
“Cari ilin əvvəlindən “Aqrolizinq” tərəfindən 126 min ton, o cümlədən 66,5 min ton ammonium nitrat (azot), 21,9 min ton nitroammofoska, 25,6 min ton ammofos, 10,1 min ton karbamid VƏ S. gübrələrinin güzəştli satışı həyata keçirilib”, - M.Hüseynov əlavə edib.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis olunub və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
Ə.Məmmədov