Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Xəzər dənizində balıqçıların xilas edilməsi üçün əməliyyat həyata keçirir.
Məlumata əsasən, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə taxta qayıqla dənizə çıxan iki balıqçının təhlükə ilə üzləşməsi barədə məlumat daxil olub.
“Məlumatda sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axınının balıqçılar olan qayığı açıq dənizə doğru apardığı bildirilib”, - məlumatda qeyd olunur.
“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib.
“Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda xilasetmə əməliyyatlarının koordinasiyası həyata keçirlir”, - məlumatda vurğulanıb. **
F.İsazadə