Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dəmir yolu xətti relslərinin 400 metrlik məsafədə sökülməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.
“Azərbaycan Respublikasının vətəndaşları Novruz Əhmədov və Ruslan Orucov dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrinqanunsuz sökülməsində şübhəli qismində həbs olunublar”, - DTX-nin məlumatında deyilir.
İstintaq zamanı müəyyən olunub ki, oktyabrın 29-dan 30-na keçən gecə dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinindəmir yolu xətti relslərinin birləşdiriciləri, rels altlıqları və digər metal hissələri400 metrlik məsafədə sökülüb.
“Məlum olub ki, R.Orucov və N.Əhmədov sonuncunun idarə etdiyi avtomobillə 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks istiqamətdə dəmir yolu relslərini bir birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar”, - DTX-nin məlumatında vurğulanır. **
R.Babayev