Azərbaycan hökuməti 2019-2022-ci illərdə respublikada alkoqolsuz içki istehsalının artacağını proqnozlaşdırır.
Hökumətin proqnozlarına görə, 2018-ci ilin yekunları üzrə 18 mln. 733 min dekalitr alkoqolsuz içki istehsal olunacaq.
2019-cu ildə alkoqolsuz içkilərin istehsal həcmi 20 mln. 606,3 min dekalitrə (2018-ci illə müqayisədə artım 10% – İF), 2020-ci ildə 22 mln. 666,9 min dekalitrə, 2021-ci ildə 25 mln. 33,6 min dekalitrə, 2022-ci ildə 27 mln. 527 min dekalitrə çatacaq.
Beləliklə, 2022-ci ildə alkoqolsuz içkilərin istehsal həcmi cari ilin göstəricisi ilə müqayisədə 47% artacaq.*
B.Rüstəmbəyov