Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun bərpasına dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 4,988 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyevin müvafiq sərəncamı şənbə günü dövlət başçısının saytında dərc olunub.
Uzunluğu 72 kilometr olan avtomobil yolunun bərpasına vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan ayrılacaq.
Sərəncamda qeyd olunur ki, avtomobil yolunun bərpası nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edəcək. Bundan əlavə, qeyd olunan vəsait hesabına regionda hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar yolun ayrı-ayrı hissələrində sürüşmə və qabarma kimi deformasiyaların baş verməsi səbəbi aradan qaldırılacaq. **
R.Babayev