Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakının Yasamal rayonunda çoxmənzilli yaşayış kompleksinin tikintisi çərçivəsində podratçılar seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə 7 lot üzrə həyata keçirilir.
Tenderin şərtlərinə görə, görüləcək işlərin həcminə 1 nömrəli 9 mərtəbəli 2 bloklu, 2 nömrəli 9 mərtəbəli 2 bloklu və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi (lot 1), 4 nömrəli 9 mərtəbəli 2 bloklu, 5 nömrəli 9 mərtəbəli 2 bloklu və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi (lot 2), 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının və 100 yerlik uşaq bağçasının tikintisi (lot 3), 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi (lot 4), 21 nömrəli 12 mərtəbəli 1 bloklu, 22 nömrəli 9 mərtəbəli 2 bloklu və 23 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (lot 5), 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mərtəbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (lot 6), Ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi (lot 7) daxildir.
Tenderdə iştirak haqqı 1, 2, 3, 4, 5, 6-cı lotlar üzrə 900 manat, 7-ci lot üzrə 800 manatdır.
Tender təklifləri 2018-ci il dekabrın 20-dək qəbul olunur. Tender proseduru dekabrın 21-də baş tutacaq.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 24-də Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli qoyulub.
Ümumi sahəsi 15 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.
Bundan əlavə, kompleksin ərazisində 1200 yerlik orta ümumtəhsil məktəbi və uşaq bağçası da tikiləcək.*
B.Rüstəmbəyov