2018-ci ilin oktyabr ayında Azərbaycanda inflyasiya 0,2% təşkil edib, bu da sentyabr ayının göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin oktyabr ayında inflyasiya 0,2% təşkil edib. Eyni zamanda, ərzaq mallarının qiyməti 0,2%, qeyri-ərzaq mallarının qiyməti 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb”, - DSK-dən bildirilir.
Oktyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,4%-dək azalıb (sentyabrın sonuna - 2,6%). O cümlədən ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmətlərin qiymətləri 2,6% təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə orta illik inflyasiyanı 3,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.**
N.Abbasova