Azərbaycan prezidenti İlham Əliyev gələn həftə Belarusa səfər edəcək. Bu barədə BELTA agentliyi məlumat verir.
“Bu gün Belarus preizdenti Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov ilə keçirilən görüşdə bu barədə söhbət aparılıb”, - agentlik qeyd edir.
2006-2016-cı illərdə Azərbaycan və Belarus prezidentləri müvafiq olaraq Bakı və Minskə 4 dəfə rəsmi səfər ediblər.
“Belarus və Azərbaycan BMT sistemində seçki orqanlarına irəli sürülmə zamanı da beynəlxalq arenada hər iki ölkə üçün əsas məsələlərə dair biri-birinə qarşılıqlı dəstək göstərirlər”, - məlumatda vurğulanır.
Yanvar-sentyabr ayları ərzində qarşılıqlı ticarət dövriyyəsi $331,5 mln. təşkil edib. Bu dövrdə Belarusun ixracı $321,9 mln. və idxalı $9,6 mln. məbləğində olub.
“Azərbaycanda Belarus şirkətlərinin 70-dən çox nümayəndəliyi, törəmə müəssisəsi, mal yeridən şəbəkə subyektləri və distribyutorları fəaliyyət göstərir. Belarusda 59 Azərbaycan müəssisəsi fəaliyyət göstərir”, - BELTA məlumat verir. **
R.Babayev