Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq haqqında 10-a yaxın müqavilənin imzalanacağı gözlənilir. BELTA agentliyinin məlumatına görə, bunu Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilov deyib.
«Prezident İlham Əliyevin bir həftə sonra Minskə səfəri zamanı 10-a yaxın sənəd imzalanacaq», - deyə o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşün yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, imzalanması planlaşdırılan sənədlər siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrini əhatə edir.
«Münasibətlər yerində durmur, müqavilə-hüquq bazası inkişaf etməlidir», - deyə L.Qəndilov qeyd edib.
O deyib ki, hazırda Azərbaycan tərəfi Belarusda bir sıra tikinti layihələri həyata keçirir.*
R.Babayev