Əmlak Məsələləri Dövlət Komitəsidekabrın 11-i hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarmağıı planlaşdırır. Bu barədə ƏMDK-dən məlumat verilir.
“Dekabrın 11-i hərraca 20 səhmdar cəmiyyəti, 35 kiçik dövlət müəssisə və obyekti, 21 qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi çıxarılacaq”, - məlumatda qeyd olunur.
Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhərində Əmlak kompleksi üçün müəyyən olunub. Obyektin ümumi ərazisi 37 min 602 kv.m təşkil edir. Bu obyektin ilkin hərrac qiyməti 715 min manat səviyyəsində müəyyən edilib. **
B.Rüstəmbəyov