Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Lənkəran rayonunun leysan yağışları nəticəsində daşqının baş verdiyi bir neçə yaşayış məntəqəsindən 63 nəfər sakini təxliyə edib. Bu barədə nazirliyin saytında məlumat verilir.
Öncə 38 nəfərin təxliyə edilməsi barədə məlumat verilib.
“Azərbaycanın cənubunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub”, - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub və 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. **
R.Babayev