Azərbaycan hökuməti 2020-2022-ci illərdə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşlarının həcmini azaltmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, hökumətin büdcə materiallarında deyilir ki, 2019-cu ildə dövlət büdcəsində nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşlarının həcmi 2018-ci ilə olan 5 mlrd. 185,2 mln. manata qarşı 6 mlrd. 825,2 mln. manat (artım 31,6%) təşkil edəcək.
Lakin 2020-ci ildən başlayaraq büdcədən dövlət əsaslı vəsait qoyuluşunun həcmi azalacaq. Xüsusilə 2020-ci ildə onların həcmi 5 mlrd. 910,3 mln. manat, 2021-ci ildə 5 mlrd. 633 mln. manat, 2022-ci ildə isə 5 mlrd. 543,4 mln. manat səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov