Rusiyanın Ermənistan üçün $100 mln. məbləğində yeni müdafiə kreditinə dair müqavilə imzalanıb, nəzərdə tutulan silahlar qismən hazırdır. Bunu Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan deyib.
“Müqavilə imzalanıb, tədarük ilə bağlı danışıqlar aparılır. Müqavilə çərçivəsində nəzərdə tutulan silahlar qismən hazırdır”, - D.Tonoyan bu gün mətbuat konfransında bildirib.
Öncə Ermənistan Rusiyanın $200 mln. və $100 mln. məbləğində iki krediti çərşivəsində silah əldə edib. **