Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar komanda-qərargah hərb oyunları (KQHO) çərçivısində tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə Müdafiə Nazilriyindən məlumat verilir.
“Noyabrın 12-də başlayan komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi planına əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib”, - müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə müşavirədə qeyd olunub.
Müşavirə zamanı əsas, ehtiyat və qoşunların komanda məntəqələri ilə birbaşa videobağlantı qurulub.
“PUA və digər texniki vasitələrin istifadəsi ilə şərti düşmənin müdafiəsinin ön xəttində və dərinliyindəki mövqelər və real şərait izlənilib”, - nazilriyin mətbuat xidməti qeyd edir.
N.Sadıkov təlimlərin gedişi, həmçinin əməliyyat, kəşfiyyat, aviasiya, raket-artilleriya imkanları ilə bağlı məruzələri dinləyib və müvafiq tapşırıqlar verib. **
R.Babayev