Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün podratçı seçir. Bu barədə İcra Hakimiyyətinin elanında deyilir.
Seçim açıq tender metodu ilə həyata keçirilir. Zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər tenderdə iştirak edə bilər.
Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təklifləri dekabrın 10-dək qəbul olunur. Tender proseduru dekabrın 11-də baş tutacaq.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2018-ci il avqustun 27-də Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.*
B.Rüstəmbəyov