Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) 4-7 fevral 2019-cu il tarixlərində Almaniyanın Leypsiq şəhərində keçiriləcək “Z və Intec” sərgisinə Azərbaycan müəssisələrinin biznes səfərini təşkil edir. Bu barədə “AHK Azerbaijan”dan məlumat verilir.
“Səfər Sənaye İxracının Təşviqi (SİT) layihəsi çərçivəsində Azərbaycanın Maşın Mühəndisliyi, Maşın və Cihazqayırma sahələri üzrə təşkilat və müəssisələrinin nümayəndələri üçün təşkil olunur”, - məlumatda qeyd edilir.
Palatanın məlumatına görə, SİT layihəsinin proqramına sərgiyə ziyarət, seminarlarda iştirak, müəssisələrlə işgüzar görüşlər, müvafiq sahələr üzrə seçilmiş Saksoniya şirkətləri ilə ikitərəfli görüşlər, eləcə də qeyri-rəsmi formatda müzakirələr və mədəni tədbirlər daxildir.
“Səfərin əsas məqsədi oxşar biznes profillərinə malik olan Azərbaycan və Saksoniya şirkətlərinin bir araya gətirilməsi və ikitərəfli işgüzar əməkdaşlığın genişləndirilməsidir”, - məlumatda vurğulanır.
Səfərdə iştirak ödənişsizdir. Səfərdə iştirak arzusunda olan şirkətlər 30 noyabr 2018-ci il tarixi daxil olmaqla https://docs.google.com/forms/d/1p9iRyQsHxoQrbyzk0DGwCSn8bPFMGAKAGjj5PIUPqt8/viewform?edit_requested=true saytında qeydiyyatdan keçməlidirlər. **
N.Abbasova