Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsininsədri Ziyad Səmədzadə bank kreditləri üzrə cari dərəcələrin yüksək olduğunu hesab edir.
“Bankların özlərini risklər və inflyasiyadan sığortalamaq istədiklərini başa düşürəm, lakin istənilən halda, faiz dərcələri çox yüksəkdir və onları azaltmaq lazımdır”, - Z.Səmədzadə çərşənbə axşamı parlamentdə gələn il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O, həmçinin dövlət büdcəsindən fermerlərə subsidiyaların ayrılmasının ləğv edilməsinə qarşı çıxış edib. “Onların (subsidiyaların - İF) ləğv olunması üçün səbəb görmürəm”, - Z.Səmədzadə qeyd edib.
Eyni zamanda, komitə sədri vurğulayıb ki, kənd təsərrüfatında subsidiyalar ASK sahəsində istehsalın artmasına şərait yaratmalıdır. **
B.Rüstəmbəyov