Slovakiya Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətindədir. Bu barədə Slovakiyanın baş naziriPeter Pelleqriniməlumat verib.
“Təəssüf ki, indiyədək Slovakiyanın Azərbaycanda özünün diplomatik nümayəndəliyi olmayıb. Biz burada nümayəndəlik açmaq istəyirik. Bu addım Azərbaycanla əlaqələrimizi asanlaşdıracaq”, - P.Pelleqrinibu gün Bakıda keçirilənAzərbaycan-Slovakiya biznes-forumunda bildirib.
Bundan başqa, baş nazir qeyd edib ki, hazırda iki ölkə arasında hökumətlərarası komissiyanın təşkili məsələsi müzakirə olunur. “Bu, iqtisadiyyat sahəsində münasibətləri möhkəmləndirməyə imkan verəcək”, - P.Pelleqriniyekun vurub.
Hazırda Bakıda Slovakiyanın səfirliyi yoxdur. Bu funksiyaları Slovakiyanın Rusiyadakı səfirliyi icra edir. **
Ə.Məmmədov