Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib.
Sərəncamım mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Azərbaycan tərəfindən Dövlət Komissiyasının həmsədri ekologiya və təbii sərvətlər naziridir.
O cümlədən, komissiyaya xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, səhiyyə nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, mədəniyyət nazirinin müavini, gənclər və idman nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti daxildir. **
F.İsazadə