Azərbaycan prezidenti İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında”sazişi təsdiq edib.
Qanunun mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş 2018-ci il aprelin 26-da imzalanıb.
BP 50% iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50%-i isə SOCAR-a məxsus olacaq.
Cari il oktybarın 12-də saziş Milli Məclisdə ratifikasiya olunub.
Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. Burada indiyədək kəşfiyyat işləri aparılıb.
Öncə BP-dən məlumat verilib ki, sazişin Milli Məclisdə ratifikasiya edilməsindən asılı olaraq, 2019-cu ilin I yarısında blokda seysmik işlərə başlanılması planlaşdırılır. **
F.İsazadə