Slovakiyanın baş naziri Peter Pelleqrini Azərbaycan-Slovakiya biznes forumunun Bakı ilə Bratislava arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyiniəmindir.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda Peter Pelleqrini qəbul edib.
“Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumu iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcək”, - dövlət başçısının saytında P.Pelleqrininin sözlərindən sitat gətirir.
Öz növbəsində, İ.Əliyev qeyd edib ki, P.Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır.
“Bakı ilə Bratislava arasında münasibətlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir”, - İ.Əliyev bildirdi. **
F.İsazadə