Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul etməsi iki ölkə arasında ikitərfli münasibətlərin yüksək səviyyəli inkişafının göstəricisidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
“Belarus prezidenti A.Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul etməsi diplomatik protokolda istisna hallardan biridir və bu, Azərbaycanla Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli inkişafının təzahürüdür”, - L.Abdullayeva bəyan edib.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Belarusa gözlənilən səfəri ikitərəfli əlaqələrin inkişafına daha da təkan verəcək və Bakı ilə Minsk arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək.
“Ermənistan XİN-nin mətbuat katibinin açıqlamasına gəlincə, dövlət başçıları ilə bağlı bu qəbildən olan fikirlərin səsləndirilməsi diplomatik etika və protokol qaydalarına ziddir”, - L.Abdullayeva vurğulayıb.
O əlavə edib ki, “müttəfiq dövlətlər KTMT çərçivəsində bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır”. **
F.İsazadə