Samux rayonunda elektrik yarımstansiyasında partlayış nəticəsində 1 nəfər 3-4-cü dərəcəli yanıq xəsarətləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
«Zərərçəkən Elnur Həsənov 3-4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir», - deyə o bildirib.
Əməkdaşın sözlərinə görə, nazirlik xəstəxanaya digər yaralıların daxil olması barədə məlumata malik deyil.
“İnterfaks-Azərbaycan” agentliyinin mənbələri bildirirlər ki, hazırda dövlət qurumları partlayışın və yanğının baş vermə səbəblərini araşdırır. Dövlət qurumlarının nümayəndələri hadisə yerindədir.*
F.İsazadə