Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası, Almaniya, Böyük Britaniya və İsveç hökumətləri Ermənistan hökumətinin sorğusuna cavab olaraq respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün maliyyə yardımı göstərməyə razılıq verib.
Bu gün Almaniya, Böyük Britaniya və İsveç səfirləri, Aİ missiyasının rəhbəri, BMT İnkişaf Proqramının daimi koordinatoru və baş nazirin birinci müavini vəzifəsinin icraçısı Ararat Mirzoyanın şəxsində Ermənistan hökuməti "Ermənistanda seçki proseslərinə yardım edilməsi haqqında" sənəd imzalayıblar.
"Proqram seçkilərin şəffaf keçirilməsində köməklik göstərilməsinə yönəlib", - deyə A.Mirzoyan jurnalistlərə bildirib.
Sazişə uyğun olaraq, Aİ Ermənistana 700 min avro, Almaniya 1,5 mln. avro, Böyük Britaniya 700 min avro, İsveç 500 min funt-sterlinq və 1,5 mln. İsveç kronu ayıracaq.
Proqram çərçivəsində eyniləşdirmə avadanlığının tətbiqi və seçki məntəqələrindən birbaşa yayım təmin ediləcək, seçicilərin qeydiyyat prosesi yaxşılaşdırılacaq.*