Noyabrın üçüncü ongünlüyündə Buxarestdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbətiiclası keçiriləcək. Bu barədə Rumıniyanın Bakıdakı səfiri Dan İanku məlumat verib.
“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanınnövbəti iclası 22-23 noyabr tarixlərində Buxarestdəkeçiriləcək”, - D.İanku çərşənbə günü Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə görüşdə bildirib.
Səfirin sözlərinə görə, Rumıniya hökumətiölkəyə xarici investorları cəlb etmək üçünDövlət-Özəl Tərəfdaşlıq İnvestisiyalarMilli Proqramını təşviq edir.
“Milli Proqramçərçivəsində Rumıniyadamagistral avtomobil yolların, yüksək sürətli dəmir yolu və metro xəttlərinin, regional xəstəxanaların, limanların, hidroelektrik stansiyaların, dag xizek komplekslərinin, hava limanının inşası nəzərdə tutulub”, - D.İanku qeyd edib.
Azərbaycanın yol inşaat və digər infrastruktur layihələrində böyüktəcrübəyə malik olduğunu qeyd edən səfir azərbaycanlı investorları bu proqrama qoşularaq Rumıniyaya investisiya yatırmağa dəvət edib.
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cüiclası 2009-cu ildə Bakıda keçirilib. **
B.Rüstəmbəyov