2019-cu ildə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 994 min nəfərə çatacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“2019-cu ildə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 994 min nəfərə çatacaq, bu da 2018-ci ilin göstəricisindən 3,2% çoxdur (4 mln. 840 min nəfər)”, - S.Babayev çərşənbə günü DSMF-nin 2019-cu il büdcəsinin müzakirəsi çərçivəsində bildirib.
O əlavə edib ki, proqnozlara əsasən, bunun 1 mln. 548 min nəfərini muzdlu işçilər təşkil edəcək.
Nazirin sözlərinə görə, gələn il Azərbaycanda 150 min uşağın doğulması gözlənilir.
“2019-cu ildə orta həyat ömrü 75,7 il, həmçinin qadınlar üçün - 78 il, kişilər üçün - 73,5 il səviyyəsində gözlənilir”, - S.Babayev vurğulayıb.
O qeyd edib ki, ölkənin 71%-ni 15-64 yaş arası vətəndaşlar təşkil edəcək. 65 yaşdan yuxarı vətəndaşlar Azərbaycan əhalisinin 6,4%-ni təşkil edəcək. **
Ə.Məmmədov