Bakı və Minsk arasında hərbi-texniki sahədə əməkdaşlıq İrəvanda “psixoz tutmalara” səbəb olur.Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Hərbi-texniki sahədə əməkdaşlıq da münasibətlərimizin mühüm amilidir. Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - İ.Əliyev Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç ilə görüşü zamanı bildirib.
“Bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır“, - prezident əlavə edib.
O vurğulayıb ki, AzərbaycanTürkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alır, „buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir“.
„Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır“, - prezident qeyd edib.
İ.Əliyevin bildirdiyi kimi, Belarus isə bir vaxtlar qoyulan sanksiyalara baxmayaraq, uğurla inkişaf edib və edir. „Bu da Belarus prezidenti A.Lukaşenkonun müdrik siyasətinin nəticəsidir. Belarus güclü, inkişaf edən sənaye və kənd təsərrüfatı, yüksək səviyyəli sosial müdafiəsi olan dövlətə çevrilib. Buna görə də bizə elə gəlir ki, Ermənistan tərəfindən sizin ölkənizə qarşı deyilən əsassız iradlar öz məğzinə görə məhz bu amilə əsaslanır“, - dövlət başçısı vurğulayıb. **
F.İsazadə