Milli Məclis çərşənbə günü keçirilən plenar iclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcə layihələrini I oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
2019-cu ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərcləri 3 mlrd. 928 mln. 104 min manat səviyyəsində proqnozlaşdırılır, bu da 2018-ci iin göstəricisindən 9,8% çoxdur.
Gələn il gəlirlərin strukturunda 1 mlrd. 502,732 mln. manat (2018-ci illə müqayisədə artım 15,6%) dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq.
Bundan əlavə, icbari sosial sığorta üzrə DSMF-yə ayırmalar 2 mlrd. 419,371 mln. manat və ya bütün gəlirlərin 61,6% səviyyəsində proqnozlaşdırılır. Həmçinin, büdcə təşkilatlarının əməkdaşlarının icbari sığortası üzrə daxilolmalar 811,687 mln. manat, özəl sektorda - 1 mlrd. 497 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Qalan daxilolmalar digər gəlirlər üzrə proqnozlaşdırılır.
Gələn ilə xərclər strukturunda əhaliyə ödənişlərə 3 mlrd. 834,944 mln. manat yönəltməyi planlaşdırır. Həmçinin pensiyaların ödənişinə 3 mlrd. 743 mln. manat, müavinətlərin ödənilməsinə 91,944 mln. manat yönəldiləcək.
Pensiya və müavinətlərin verilməsi ilə bağlı bank xidmətinə xərclər 22,5 mln. manat, Fondun aparatının saxlanmasına 49 mln. manat pr oqnozlaşdırır, qalanı digər xərclərin payına düşüb.
2019-cu ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 83,421 mln. manat təşkil edəcək.
Fondun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşacaq: büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar - 13,06 mln. manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrədaxilolmalar - 13,06 mln. manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar - 57,3 mln. manat.
2019-cu ildə fondun xərcləri aşağıdakı istiqamətlərə yönəldiləcək: işsizliyə görə sığorta ödənişlərinə - 11 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə - 1,8 mln. manat, əmək birjaları və əmək yarmarkalarının təşkilinə - 150 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə - 1,9 mln. manat.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 42,041 mln. manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, məşğulluq orqanlarının saxlanılması xərclərinə 19,26 mln. manat yönəldiləcək. **
R.Babayev, Ə.Məmmədov