Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəhbərliyi təşkilatın ünvanına səsləndirilən tənqid və təzyiqlə əlaqədar narahatlıq ifadə edib.
"WADA-nın prezidenti Kreyq Ridi son həftələrdə təşkilata qarşı antikampaniyanın aparılmasından məyus olub", - deyə WADA-nın baş direktoru Niqqli Olivye bu gün Bakıda WADA İcraiyyə Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, WADA-ya qarşı ən sərt antikampaniya Vaşinqtonda müşahidə edilib.
"Qeyd edilib ki, Beynəlxalq Olimpiya Komitəsi və digər qurumlar tərəfindən Rusiya məsələsi ilə bağlı müdaxilələr müşahidə olunub. Təşkilatımıza müntəzəm hücumlar bizi daha çox reaktiv olmağa vadar edir", - deyə baş direktor vurğulayıb.
Tədbir iştirakçılarından biri kanadalı xizəkçi Bekki Skottun WADA-ya qarşı mövqeyinin ədalətsiz olduğunu diqqətə çatdırıb.
“Bekki Skottun WADA-ya qarşı tutduğu mövqe ədalətsizdir”, - deyə iclas iştirakçılarından biri qeyd edib.
Xatırladaq ki, Rusiya Milli Antidopinq Təşkilatının hüquqlarının bərpa olunmasına qarşı çıxan B.Skott bu mövqeyinə görə WADA tərəfindən təqibə məruz qaldığını bildirmişdi.*
R.Babayev