Noyabrın sonunda Ümumdünya Antidopinq Agentliyinin zabitləri tərəfindən Moskva Antidopinq Laboratoriyasının nümunələrinin yoxlanılmasına nəzarət məqsədilə WADA-nın nümayəndə heyətinin Moskvaya səfəri planlaşdırılır. Bu barədə WADA-nın prezidenti Kreyq Ridi məlumat verib.
“Noyabrın 28-də WADA-nın nümayəndə heyəti Moskva Antidopinq Laboratoriyasını ziyarət edəcək. Vəziyyətin dəyişəcəyinə ümid edirik. Ziyarətdən sonra analizlərin cavablarını əldə edəcəyik”, - K.Ridi cümə axşamı Bakıda WADA İcraiyyə Komitəsinin iclasında bildirib. **
R.Babayev