2018-ci ilin 10 ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 mlrd. 992 mln. 89,51 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 20,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,9%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $509 mln. 984,6 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan ixracın 3,2%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-oktyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 482 mln. 104,91 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 23% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 16,02% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-oktyabr aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $972 mln. 120,32 min təşkil edib.*
B.Rüstəmbəyov