2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana19,336 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 17,345 min ədəd avtomobil (artım 2,4 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,722 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,2 dəfə) və 90 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 48%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 179 ədəd (artım 21%) motorlu nəqliyyat vasitəsi gətirilib.**
B.Rüstəmbəyov