Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının növbəti iclası 2019-cu ilin may ayında Monrealda keçiriləcək. Bu barədə WADA-nın Twitter səhifəsində məlumat verilib.
"Şuranın növbvəti iclası 2019-cu ilin mayında Monrealda (Kanada) baş tutacaq”, – deyə məlumatda bildirilir.
Bu gün Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının iclası keçirilir. İclasda WADA nümayəndə heyətinin noyabrın 28-də Moskva antidopinq laboratoriyasına baş çəkəcəyinə dair qərar qəbul edilib.
Bundan başqa, iclasda Rusiya Antidopinq Agentliyinin (RUSADA) hüquqlarının bərpasından sonra atılan addımlar haqqında hesabatın, eləcə də RUSADA-nın fəaliyyətini Ümumdünya Antidopinq Məcəlləsinə uyğun hesab edən İcraiyyə Komitəsinin 20 sentyabr tarixli qərarından sonra əldə edilmiş irəliləyişin müzakirə olunması gözlənilir.*
R.Babayev