Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının iclasından sonra Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri baş tutacaq. Bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko deyib.
“Səfər (İ.Əliyevin Ukraynaya - İF ) aktualdır. Hazırda Ukrayna və Azərbaycan prezident administrasiyaları səfərin məqbul tarixini nəzərdən keçirirlər. Bu səfəri ləngidən yeganə amil, indiyədək Hökumət Komissiyasının iclasının keçirilməməsidir”, - A.Mişenko “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər Hökumət Komissiyasının iclasının keçiriləcəyi tarixi razılaşdırırlar. “Əfsuslar olsun ki, bizim təklif etdiyimiz tarix Azərbaycan-Qazaxıstan Hökumətıərarası Komissiyanın iclası ilə üst-üstə düşür”, - səfir qeyd edib.
“Hökumət Komissiyasının iclasının tarixini Azərbaycan tərəfi nəzərdən keçirir. Lakin biz dekabrın birinci yarısında iclasın Kiyevdə keçirilməsinə yönəlmişik”, - A.Mişenko vurğulayıb. **
F.İsazadə