2018-ci ilin yanvar-oktyabr aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 6 mlrd. 184 mln. 175,16 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan $1 mlrd. 209 mln. 621,69 min məbləğində bəyan olunmuş qazın ixracı 6 mlrd. 184 mln. 175,16 min kubmetr təşkil edib”, - Komitədən qeyd ediblər.
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan $1 mlrd. 1 mln. 705,19 min məbləğində bəyan olunmuş qazın ixracı 5 mlrd. 649 mln. 24,92 min kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövründə qaz ixracı say ifadəsində 9,5%, pul ifadəsində 20,7% artıb. **
N.Abbasova