2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft məhsullarının bəyan olunmuş ixrac həcmi 895,112 min ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan $459,661 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 695,112 min ton təşkil edib”, - Komitədən qeyd ediblər.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədən $268,277 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 583,653 min ton təşkil edib. Beləliklə, cari ilin 10 ayı ərzində ixrac həcmi say ifadəsində 30,5%, dəyər ifadəsində 71,3% artıb.
2017-ci ildə Azərbaycandan $339,159 mln. məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 835,452 min ton təşkil edib. **
N.Abbasova