Prezident İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamım mətni noyabrın 15-də dövlət başçısının saytında dərc olunub.
“Azərkosmos” ASC Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsini həyata keçirəcək.
“Azərkosmos” ASC Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir.*
F.İsazadə