Noyabrın 20-də Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyindən (KOTRA) məlumat verilib.
«Noyabrın 20-də Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Görüşdə Koreyanın müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış 3 şirkətinin (GS Global Corporation, BHI LTD və GV International) nümayəndələri iştirak edəcəklər. Görüş zamanı əməkdaşlığa dair müxtəlif təkliflər nəzərdən keçiriləcək», - deyə məlumatda bildirilir.
Görüşdə təmsil olunacaq Koreya şirkətləri neft-qaz boylerləri, isitmə sistemləri, istilik elektrik stansiyaları, tikinti, toz və yanğına qarşı lak-boya örtüklərinin istehsalı üzrə ixtisaslaşıb.*
B.Rüstəmbəyov