“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə nazirliyin məlumatında deyilir.
İlkin ehtimala görə, yanğın anbarlardan birində qısaqapanma nəticəsində baş verib. Yanğın saat 12:28-də söndürülüb.
“Yanğın 300 kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə 9 yanğınsöndürən və 50-yə yaxın canlı qüvvə cəlb edilib”, - deyə Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov jurnalistlərə bildirib.*
F.İsazadə