ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu Bakı, Tbilisi və Yerevanda ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər.
“ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etmək və Vaşinqtonun Tehranla bağlı məqsədlərinə dair suallara cavab vermək üçün ekspertlər qrupu 13-16 noyabr tarixlərində Bakı, Tbilisi və Yerevanda səfərdə olub”, - deyə ABŞ səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qeyd olunub ki, Bakıya səfər zamanı hökumət nümayəndələri və biznes dairələri ilə görüşlər keçirilib. Qrup üzvləri Tehranın davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək məqsədilə ABŞ-ın atdığı addımlarla bağlı suallara cavab veriblər.
Tərəflər, həmçinin Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.*
F.İsazadə