Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam noyabrın 16-da dövlət başçısının saytında dərc edilib.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.
Bu məbləğin 2,5 mln. manatı 18 çoxmənzilli binanın istismara yararsız 62 liftinin yenilənməsinə, 2,5 mln. manatı isə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə yönəldiləcək.*
F.İsazadə