Prezident İlham Əliyev noyabr ayının 16-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı təsdiq edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.
Proqramın məqsədi müasir təhsil sisteminin formalaşdırılmasından ibarətdir.
Sərəncama müvafiq olaraq Təhsil Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək tapşırılıb.
Təhsil Nazirliyi Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.*
A.Əzizov