Bu il Azərbaycanda 600-ə yaxın şəhid ailəsi və müharibə əlilinin yeni mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
«Cari ildə 583 şəhid ailəsi və müharibə əlilinin yeni mənzil və fərdi evlərlə təmin edilməsi planlaşdırılır», - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bu ilin avqust ayında Qaradağ rayonunda şəhid ailələrinə və müharibə əlillərinə 35 mənzil verilib.
“Bu ilin sonuna kimi şəhid ailələri və müharibə əlilləri üçün Qaradağ rayonunda 200, Zabrat qəsəbəsində 95, Mehdiabad qəsəbəsində 72 və Müşfiqabad qəsəbəsində 24 mənzil satın alınacaq. Bundan başqa, İmişlidə 54 və Şamaxıda 36 mənzilin, eləcə də regionlarda 67 fərdi evin inşası başa çatmaq üzrədir”, - deyə o vurğulayıb.*
R.Babayev