2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi $450 mln. təşkil edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev deyib.
«Cari ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi $450 mln. təşkil edib. Azərbaycan mallarının Gürcüstana ixrac həcmi 8% artıb», - deyə o, Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Ş.Mustafayevin sözlərinə görə, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi $545 mln. olub.
«Ötən il Azərbaycandan Gürcüstana ixracın həcmi 13% artıb», - deyə o qeyd edib.
Daha əvvəl Gürcüstanın baş naziri Mamuka Baxtadze Bakı və Tbilisi arasında ticarət dövriyyəsinin $1 mlrd.-a çatdırılmasının nəzərdə tutulduğunu bildirmişdi.*
R.Babayev