Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) ) 300 ədəd avtobusun tədarükçüsünü seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BNA-dan məlumat verilib
«300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi «BMC Otomativ Sanaye ve Ticaret A.S.» şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb», - deyə məlumatda bildirilir.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
Ə.Məmmədov