2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 24 mln. 279,9 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 0,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $12 mlrd. 353,811 mln. (artım 41,6%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilmiş $11 mlrd. 588 mln. 26,2 min məbləğində neftin bəyan edilmiş həcmi 21 mln. 945,9 min ton təşkil edib.
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.*
B.Rüstəmbəyov